Accessibility links

Əl-Zərqavi qaçmağa nail olub - 2005-04-26


Birləşmiş Ştatların hərbi nümayəndələrinin bildirdiyinə görə, axtarışda olan Əbu Müsab Əl-Zərqavi bu yaxınlarda Amerikanın İraqdakı hərbi qüvvələrinin əlindən çıxa bilib. Ordunun gizli əməliyyatlar birliyinin məlumatında deyilib ki, Əl-Zərqavi fevral ayının 20-si Ramadi şəhəri yaxınlığında hərəkətdə olan maşından tullanaraq, qaçmağa nail olmuşdu. Onun izinə düşən əsgərlər Əl-Zərqavinin mindiyi maşını saxlamış və maşının içərisində onun kompyuteri və 100 avro məbləğində pul aşkar etmişdi. Əl-Zərqavinin yardımçılarından birinin nəzarət altına alındığı xəbər verilir.

XS
SM
MD
LG