Ukraynada Çernobılda nüvə fəlakətinin 19-cu ildönümü qeyd edilir. Kiyevdə keçirilən mərasimdə dünyada ən böyük nüvə fəlakətinin qurbanlarının xatirəsi anılmış, abidələr qarşısına əklilər qoyulmuşdur. 1986-cı ildə Çernobıl nüvə reaktorunda baş vermiş qəza nəticəsində Avropanın böyük bir hissəsi radiaktiv zəhərlənməyə məruz qalmışdır. Ukrayna, Belorusiya və Rusiyada milyonlarla insan radiasiya nəticəsinə ciddi sağlamlıq problemlərilə qarşılaşmış, minlərlə adam həlak olmuşdur.