Accessibility links

İraqın kabinet siyahısı Prezident Şurasına təqdim edilib - 2005-04-27


İraqın baş naziri İbrahim Əl-Cəfərinin kabinet siyahısını ölkənin Prezident Şurasına təqdim etməsi ilə 3 ay davam edən siyasi mübahisələrə son qoyulmasına yaxınlaşılır. Siyahıya salınan adları açılamayan cənab Cəfəri deyib ki, burada 7-si qadın olmaqla, İraqın bütün qruplarının təmsilçiləri yer alır. 3 üzvü olan Prezident Şurası siyahını təsdiq etməlidir. Cümə axşamı siyahı 275 yerli parlamentin təsdiqini əldə etmək üçün səsə qoyulacaq. Bu gün İraqda parlament üzvü Lamiyə Abed Xaddurinin evi yaxınlığında öldürüldüyü xəbər verilir.

XS
SM
MD
LG