Accessibility links

Şimali Koreya Japon dənizinə raket atıb - 2005-05-01


Ağ Evin kadrlar şöbəsinin rəisi Abdrü Kard CNN televiziyası ilə bildirib ki, Şimali Koreyanın qısamənzilli raketi Yapon dənizinə düşüb. Yaponiyanın rəsmi nümayəndələri raketin buraxılışı ilə bağlı məlumatı təsdiq eməyə çalışırlar. Yaponiya radiosunun bildirdiyinə görə, raket Şimali Koreyanın şərq sahillərindən bu gün atılıb və 100 kim-lik məsafədən sonra dənizə düşüb. Şimali Koreya 1998-ci ildə də Yaponiya üzərindən Sakit okeana raket atmışdı. Xatırladaq ki, ABŞ və onun müttəfiqəri Şimali Koreyanın nüvə proqramının yaratdığı böhranı həll etməkdə çətinlik çəkirlər. Dünən Şimali Koreyanın dövlət mətbuatında deyilmişdi ki, nə qədər ki, prezident Buş hakimiyyət başındadır, Amerika ilə heç bir razılıq əldə edilməyəcək.

XS
SM
MD
LG