Accessibility links

Azərbaycan-Amerika iqtisadi sahədə yardım üzrə işçi qrupunu onuncu iclası keçirilib - 2005-05-06


Azərbaycan- Amerika iqtisadi sahədə yardım üzrə işçi qrununun 10-cu iclası keçirilib. İclasda Azərbaycanda makroiqtiadi vəziyyət , infilyasianın aradan qaldırılması, biznes mühiti, cirkli pulların yuyulmasına qarşı mübarizə, qeyri-neft sektorunun inkişafı, Dünya Ticarət təşkilatına üzvülük, sərmayə haqqında qanun layihəsi, «Minillyin çağrışı» yardım proqramınıaqoşulmaq üçün vacib olan kriteriyalar və başqa məsələlər müzakriə olunub. İşçi qrupun Azərbaycan tərəfdən həmsədri, maliyyə naziri Əvəz Ələkbərov bildirib ki, Azərbaycana ABŞ-ın hökumət yardımı barədə proqram yaxın bir ayda elan ediləcək. Qrupun amerikalı həmsədri, ABŞ Dövlət Departamentinin Avropa və Asiya ölkələrinə yardım proqramlarının rəhbəri Tomas Adamsın sözlərinə görə, növbəti büdcə ilində ABŞ-ın Azərbaycana yardımları 70 milyon dollar səviyyəsində olacaq.«Azərbaycan ABŞ-ın strateji əməkdaşıdır və terorizmə qarşı mübarizədə göstərdiyi fəaliyyəti yüksək qiymətləndiririk. Azərbaycanda demokrtiyanın inkişafı ABŞ üçün vacibdir və ona görə də bu ölkəyə yardım göstərir. Bu il göstərəcəyimiz yardımların $31 milyonu ABŞ-ın Ticarət və İnkişaf Agentliyi vasitəsilə aşağıdakı üç əsas istiqamət üzrə ayrılacaq: 8 mln.dollar - demokratiyanın inkişafı proqramlarına, 8 mln. dollar - humanitar yardımlara, 11 mln. dollar - sahibkarlığın inkişafına. Qalan vəsaitlər isə müxtəlif kiçik həcmli proqramlara ayılacaq. Bundan başqa, təhlükəsizlik məsələlərilə bağlı proqramlara- $5 mln, hərbi sahəyə $8.5 mln, köhnə hərbi sursatların ləğvinə $11 mln, Maliyyə Nazirliyinin ekspertlərinə 1mln.dollar vəsait ayrılacaq»-deyə o qeyd edib. Cənab Adams həmçinin bildirib ki, gələn il ABŞ Azərbaycanda demokratiyanın inkişafına və seçki məsələlərinə maliyyə yardımını artıracaq. "Ola bilsin ki, bu sahəyə yardımlar bu il də artırılsın"-deyə səfir vurğulayıb. İşçi qrupunun Amerikalı həmsədri Azərbaycanın "Minilliyin çağırışı" yardım proqramına bir sıra kriteriyalara cavab vermədiynə görə daxil edilmədiyini deyib. «Azərbaycanın minilliyin çağrışı proqramında qalib gələ bilməməisi bu ölkədə bir neçə kriteriyanın beynəlxalq standartalara cavab verməməsi ilə bağlıdır. Azərbaycanda bu ilki vəziyyət ötən ilkindən o qədər də fərqəlnmir. Lakin iqtisadi azadlıq və hökumətin xalqa kredit verməsi üzrə vəziyyət yaxşılaşıb. Ölkənin ədalətlə idarə edilməsi və korrupsiyanın yüksək səviyəsinin qalmasında Azərbaycan çox pis nəticə göstərib. Söz, mətbğuat, sərbəst toplaşmaq azadlıqlarının mədudlaşdırılması sahəsində də vəziyyət dəyişhməz qalmaqdadır»-deyə o vurğulayıb.

XS
SM
MD
LG