İllərlə müzakirələr və yubatmalardan sonra Almaniyada İkinci Dünya müharibəsi dövrü qətlə yetirilmiş altı milyon yəhudinin xatirəsinə Holokast memorialının açılışı olmuşdur. Berlində mərasimdə çıxış edən Almaniya parlamentinin aşağı palatasının spikeri Volfqanq Tirse demişdir ki, bu abidə ilə Holokast qurbanların xatirəsi yaşayacaq və nasistlərin cinayətləri heç bir zaman unudulmayacaq. Memorialın müəllifi Nyu Yorklu memar Piter Ayzmandır.