Accessibility links

Alimlər Misir fironu Tutanhamonun təsvirini alıblar - 2005-05-11


Amerika, Misir və Fransa alimləri ayrı-ayrılıqda qədim Misrin əfsanəvi fironlarından biri olan Tutanhamonun təsvirini yaratmışlar. Mütəxəssislərin yanvar ayında Luksorda kat skan adlanan prosedur nəticəsində alındığı informasiya əsasında müəyyən edilmişdir ki, təxminən 3 min 300 il bundan əvvəl 19 yaşında vəfat etmiş firon sağlam, hündur boylu gənc imiş. Buna görə də Tutanhamonun müəmmalı şəkildə ölümü haqda rəvayətlərə son qoyulmuş olur. Fransa alimlərinin nümayiş etdirdiyi təsvir 1922-ci ildə kralı Tutanhamonun məqbərisində tapılmış qızıl maska ilə demək olar ki, eynidir.

XS
SM
MD
LG