Accessibility links

Özbəkistanın şərqində qanlı toqquşmalar baş verib - 2005-05-13


Andican şəhərində dünən gecə məhbuslarla təhlükəsizlik qüvvələri arasında 9 nəfərin ölümü, 23 nəfərin yaralanması ilə nəticələnmiş toqquşmalardan sonra prezidenti İslam Kərimov oraya yola düşüb. Daşkənddə isə polis İsrail səfirliyinə tərəf getməməyi rədd edən bir şəxsi atəş ilə öldürüb. Özbəkistanın Xarici İşlər nazirliyi Andicanda 10 polis işçisini girov götürmüş qiyamçı məhbuslarla danışıqlar aparıldığını bildirib. Şəhərin özündə isə təhlükəsizlik qüvvələrinin minlərlə nümayişçini atəşə tutması nəticəsində bir nəfər həlak olub. Son məlumatlara əsasən, qiyamçılar Rusiyanı vasitəçiliyə çağırıblar. Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrov hazırkı anda bu məsələyə birbaşa müdaxiləni istisna edərək bildirib ki, əcnəbilərin olduğu reqionun vəziyyətini yaxından izləyəcək. Özbəkistan rəsmilərinin dediyinə görə, iğtişaşlar qiyamçıların həbsdə olan 23 bisnesməni azad etmək üçün həbsxanaya hücum etməsindən sonra baş verib. Zorakılıqlar islamçı ekstremizm ittihamı ilə 23 bisnesmenə qarşı aparılan məhkəmə prossesilə əlaqədar narazılığlın artdığı vaxta təsadüf edir. Bisnesmənlər bu ittihamı rədd edərək Kərimov rejiminin təbliğ etdiyi islama zidd fikrmə malik olduqları üçün həbs edilmişlər. Prezident İslam Kərimov həyata keçirdiyi sərt siyasətı müdafiə edərək güclənməkdə olan islam fundamentalizminə qarşı mübarizə apardığını bəyan edir. Bu arada, Daşkənddə ayrı bir insident zamanı polis İsrail səfirliyinə yaxınlaşarkən dayanmaq haqda əmri yerinə yetirməyən şübhəli şəxsi qətlə yetirib. Rəsmilər onun intiharçı olduğuna onandıqlarını bildiriblər. İntiharçıların keçən il İsrail və Amerika Birləşmiş Ştatlarının səfirlikləri qarşısında keçirdiyi bomba hücumları iki ölümülə nəticələnmişdi.

XS
SM
MD
LG