Accessibility links

İraqda "Neft əvəzinə ərzaq" proqramında korrupsiya ittihamları var - 2005-05-17


Birləşmiş Ştatlar Senatı və Konrqesin Nümayəndələr Palatasının nümayənədələri BMT-nin İraqda "Neft əvəzinə ərzaq" proqramında korrupsiya ittihamları ilə əlaqədar dinləmələr keçirir. Səddam Hüseyn rejiminə dəstək müqabilində milyonlarla dollar məbləğində vəsait almaqda ittiham olunan Britaniya parlamentinin qanunvericisi Corc Qallou komitə qarşısına çıxıb. Cənab Qallou ittihamları rədd edərək Vaşinqtona “itiham olunmuş” kimi deyil, “ittihamçı” kimi gəldiyini demişdir. Senat komitəsinin açıqladığı hesabatda deyilir ki, İraq liderləri Britaniya qanunvericisi və Rusiya siyasətçilərinə ucuz qiymətə olan nefti baha qiymətə satmaq hüququ vermişlər. Komitədə azlıqda olan demokratların nümayəndəsi senator Kar Levin deyib ki, Birləşmiş Ştatlar sabiq İraq liderlərinin qeyri-qanuni olaraq İordaniya, Suriya və Türkiyəyə birbaşa neft satdığına diqqət verməmişdir. Demokrat senatorun bildirdiyinə görə, Texasın neft şirkəti Bayoil İraqdan xam neft almaqla qalmaqalın mərkəzində olmuşdur.

XS
SM
MD
LG