Accessibility links

Ərdoğan: Türkiyə Avropa Birliyi öhdəliklərinə sadiqdir - 2005-05-17


Turkiyənin baş naziri Rəcəp Teyyip Ərdoğan hökumətinin Avropa Birlik öhdəliklərinə sadiq olduğunu bildirib. Avropa Birliyi liderlərinin Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə danışıqlara başlamaq razılığı əldə etmələrindən dörd ay sonra Türkiyədə qeyri-müsəlmanlara qarşı ayri-seçkilik və ölkənin qüdrətli hərbi liderlərinin hələ də daxili siyasətə müdaxilə etdikləri ilə bağlı qayğılar azalmamışdır. Birliyin rəsmiləri polis özbəşınalığı və qəddarlığından şikayətlənirlər. Türkiyənin baş naziri Rəcəp Teyyip Ərdoğan bu tənqidləri rədd edərək deyib ki, onun hökuməti Avropa Birliyinə üzv olmaq üçün əlindən gələni edəcək. Baş nazir Əadoğan deyir ki, iki illik hakimiyyəti dövründə onun başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası ağla gəlməyən bir vaxtlar təsəvvürə belə gətirilə bilməyən qanunlar qəbul edib. Buraya 14 milyon kürdə qarşı məhduduyyətlərin götürülməsi və Milli Təhlükəsizlik Qüvvələrinin dövlətin daxili və xarici işlərinə qarışmasının aradan qaldırılması daxildir. Türkiyənin baş naziri yeni qanunların Türkiyənin mədəni ənənələrinə zidd olduğunu bildirərərk, adaptasiya prosesinin vaxt və səbir tələb etdiyini deyib. Rəcəp Teyyup Ərdoğan Avropa Birliyinin Türkiyə ilə münasibətində səmimi olmadığını əlavə edib.

XS
SM
MD
LG