Accessibility links

Kürd qiyamçıları üsyanı genişləndirməklə hədələyiblər - 2005-05-17


Tükiyənin cənub şərqində yuva salmış Kürd qiyamçıları hökumət qüvvələrinin onlara qarşı hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə üsyanı genişləndirməklə hədələyiblər. Bu gün çap edilmiş bəyanatda qiyamçıların komandiri Yusif Turhali bildirib ki, əgər Türk qüvvələri hərbi əməliyyatları dayandırmasalar onda qiyamçılar Türkiyənin iri şəhərlərini hədəfə alacaqlar. Bu arada İraq sərhəddi yaxınlığında Kürd qiyamçılarının maşına qoyduğu bomba partlayışı nəticəsində 4 Türk əsgəri həlak olub. Bu hadisədən bir neçə saat əvvəl iki PKK üzvü olan intiharçı yerli icra hakiminə uğursuz sui-qəsd cəhdi zamanı öldürülüblər.

XS
SM
MD
LG