Accessibility links

Müxalifətin yürüşünə yol verilməyəcək - 2005-05-20


Birləşmiş Ştatlar Azərbaycanda 30-dan artıq müxalifət nümayəndəsinin nəzarət altına alınması ilə bağlı qayğılarını dilə girtirib. Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, sabah Bakıda keçirilməsi planlaşdırılan mitinq öncəsi bu həbslər hökumətin azad və ədalətli seçkilər keçiriləcəyi barədə vədlərini şübhə altına alır. Səfirliyin bəyanatında deyilir ki, Azərbaycanda azad toplaşma hüququ təminat altına alınmalıdır. ATÇT də Bakı meriyasının müxalifətin yürüşünə icazə verməməsi ilə bağlı narahatlığını bildirmişdir. Azərbaycanın səlahiyyətli nümayəndələri tədbirin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılış mərasiminə mane ola biləcəyi barədə xəbərdarlıq verirlər. Müxalifət isə yürüşün təşkil ediləcəyini bildirir. Müxalifət eyni zamanda bildirib ki, çərşənbə günü azadlığa buraxılan 35 yaşlı liderləri Ehtiram Cəlilov həbsdə olduğu müddət ərzində məruz qaldığı işgəncələr səbəbi ilə dünyasını dəyişib.

XS
SM
MD
LG