BMT Baş Katibi Kofi Annan deyir ki, Özbəkistan hökuməti ötən həftə çoxlu sayda insan ölümü ilə nəticələnən iğtişaşlar üzərində beynəlxalq təhqiqatın aparılmasına razı olmayıb. Cənab Annan deyir ki, Özbəkistan prezidenti İslam Kərimov onunla telefon söhbətində bildirib ki, Əndicanda vəziyyət nəzarət altındadır, zoraıkılıqlar törədmiş şəxsləri qarşıda ədalət məhkəməsi gözləyir. İki insan hüquqları təşkilatının verdiyi məlumata görə Özbək təhlükəsizlik qüvvələri Əndican və Paxtaabad şəhərlərində 1000-ə yaxın adam öldürüblər. Özbəkistan hökuməti isə bu rəqəmin 169 olduğunu deyir.