Accessibility links

İraq Suriyanı militantların sərhədi keçməsinin qarşısını almağa çağırır - 2005-05-20


İraq baş naziri İbrahim əl Cəfəri söyləyib ki, o, militantların Suriyadan İraqa daxil olmasının qarşısını almaq məqsədilə Dəməşqə nümayəndə heyəti göndərəcək. Süriya dəfələrlə bu ittihamı rədd etmiş və bəyan etmişdir ki, o, militantların sərhədi keçməsinin qarşısını almaq üçün Vaşinqton və Bağdadla əməkdaşlıq edir. Hazırda cənab Əl-Cəfəri Ankarada Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanla görüşərək təhlükəsizlik və iqtisadi məsələlər üzərində müzakirə aparır. Bu arada, İraqda Sünni ruhanilərinin qətlinə etiraz əlaməti olaraq Sünni məscidləri 3 günlüyə baığlanıb. İraqın cənubunda isə radikal Şiə ruhanisi Moqtada əl-Sədrin tərəfdarları Amerika qoşunlarının ölkədəki mövcudluğuna qarşı etiraz aksiyası keçirmişlər.

XS
SM
MD
LG