Rumıniya iki ay əvvəl İraqda girov götürülən 3 jurnalistin və onların iraqlı bələdçisinin azad edildiyini bildirir. Rumıniyanın prezident idarəsinin bəyanatında qeyd edilib ki, juirtnalistlər sağ-salamatdır və tezliklə vətənlərinə qayıdacaqlar. Rumıniya jurnalistləri iraqlı bələdçilərilə birlikdə martın 28-də girov götürürülmüşdü. Girovdarlar Rumıniyanın İraqdakı az saylı hərbi qüvvəsini aprelin 27-nə qədər İraqdan çıxarmasa, girov götürdükləri jurnalistləri öldürəcəklərini bildirmdişdilər. Prezident Trayan Basesku isə bu tələbini rədd etmişdi.Bu arada İraq rəsmiləri deyirlər ki, İraqın Ticarət nazirliyinin baş direktoru Əli Musa Salmanı işə gedərkən sürüçüsü ilə birlikdə qətlə yetirilib. Bu, yaraqlıların İraq rəsmilərinə qarşı axırıncı sui-qəsddir. Ötən həftə silahlı şəxslər tərəfindən Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabiti və Neft Nazirliyinin mühəndisi qətlə yetirilmişdi.