Accessibility links

Suriyda insan hüquqları müdafiəçisi həbs edilib - 2005-05-22


Suriyanın insan hüquqları üzrə ərəb təşkilatının bildirdiyinə görə, qrupun lideri Məhəmməd Radoun həbs edilib. Təhlükəszlik qüvvələrinin bu gün səhər onu Latakiadakı ofisindən apardığı xəbər verilir. Suriyada insan hüquqları vəziyyətinin monitorinqini həyata keçirən qrup liderlərinin azadlığa buraxılmasına yardım göstərilməsinə çağırıb. Qeyd edək ki, ərəb təşkilatı bu yaxınlarda sürgündə yaşayan suriyalıları təhlükəszliklərinə təminat verilməyincə, vətənə dönməkdən çəkinməyə çağırmışdı. Belə ki, hökumət onların geriyə qayıtmasına şərait yaradıldığını desə də, vətənə qayıtdıqları an həbs etmişdi.

XS
SM
MD
LG