Accessibility links

ABŞ və Əfqanıstan razılıq əldə edib - 2005-05-23


Prezident Buş və Əfqanıstan prezidenti Həmid Karzai siyasi, iqtisadi və təhlükəsizlik sahələrində ABŞ və Əfqanıstan arasında daha geniş əməkdaşlığı nəzərdə tutan razılaşma imzalayıblar. İki liderin Ağ Ev danışıqlarında terrorizmə qarşı müharibə və ABŞ-ın Əfqanıstanda hərbi rolunun artırılması məsələləri yer alıb. Ağ Ev hələlik razılaşmanın detallarını açıqlamayıb. Lakin görüşdən sonra keçirilən mətbuat konfransında hər iki lider “strateji tərəfdaşlıq”dan danışmışlar. Prezident Buş bəyan edib ki, cənab Karzainin Əfqanıstandakı ABŞ hərbi qüvvələrinə nəzarət üçün ona daha çox səlahiyyət verilməsi istəyinə baxmayaraq, onlara Amerika nəzarət etməyə davam edəcək. Cənab Buş Əl-Qaidə qalıqlarının məhv edilməsi səyləri çərçivəsində ABŞ hərbi qüvvələrinin Əfqanıstan hökumətilə əməkdaşlıq edəcəyi və məsləhətləşəcəyini bildirib. Həmid Karzai Amerika əsgərlərinin əfqan məhbuslarla pis rəftarı haqda verilmiş məlumatlara görə təəssüf hissi keçirdiyini, lakin bunun Amerika xalqı ilə heç bir əlaqəsi olmadığını bildirib. Cənab Karzai əfqan məhubslarla pis rəftar edən Amerika əsgərlərini ədalət məhkəməsi qarşısına çıxarılmasını istədiyini deyib.

XS
SM
MD
LG