Hazırda Moskvada olan ABŞ-ın energetika naziri Samuel Bodman Rusiya ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə çağırıb. Cənab Bodman bildirib ki, Rusiyanın ABŞ-a neft gündəlik ixracı 230 000 barrel deyil, 10 dəfə artıq olmalıdır. Rusiyanın baş naziri Mixail Fradkov da daxil edilməklə, Rusiyanın bir sıra yüksək səlahiyyətli şəxsləri ilə görüşən Samuel Bodman Rusiyanı biznes şəfafflığı, müqavilələrin şərtərinə əməl edilməsi və ədliyyə sisteminin müstəqilliyi sahələrinin inkişafına çağırıb. ABŞ-ın energetika naziri Amerikanın özəl sektorunun Rusiyada, xüsusilə YUKOS qalmaqalından sonra biznes mühitini qeyri-müəyyən hesab etdiyini deyib.