Accessibility links

İraqın xarici işlər naziri Vaşinqtondadır - 2005-06-01


İraqın xarici işlər naziri Xoşyar Zəbari bu gün Vaşinqtonda ABŞ dövlət katibi Kondaliza Raysla görüşəcək və onlar İraqdakı vəziyyəti müzakirə edəcəklər. Bu görüş cənab Zəbarinin BMT Təhlükəsizlik Şürasını ABŞ-ın başçılığı ilə İraqdakı koalisiya qüvvələrinin mandatının müddətini uzatmağa nail olmasından sonraya təsadüf edir. O, Təhlükəsizlik Şürasına bildirib ki, Suriya terrorçuların bu ölkədən İraq ərazisinə keçmələrinin qarşısını almaq üşün daha çox fəaliyyət göstərməlidir.

XS
SM
MD
LG