Accessibility links

Azərbaycan müxalifətinin Üçlər blokunun mitinqində azad seçki və istefa şüarları qaldırılıb    - 2005-06-04


Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının minlərlə tərəfdarı metronun 20 yanvar stansiyasından başlayaraq "Qələbə" kinoteatrınadək olan min beş yüz metrilik məsafədə yürüş-mitinq keçirib. Yürüş mitinqdə Azad seçki, istefa, Korrupsiyaya yox deyirik, Qarabağa azadlıq, Yoxsulluğa son qoyulsun şüarları ilə yanaşı ABŞ prezidenti Corc Buşun portertləri də qaldırılıb. "16 oktyabr" İctimai Komitəsinin sədri Pənah Hüseyn bildirib ki, ölkədəki hakim rejim heç zaman seçkilərin demokratik keçirilməsinə yol verməyəcək və məhz bu səbəbədən də inqilab qaçılmazdır. Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan hakimiyyəti xalqı istismar etməkdə suçlayıb. Onun fikrincə, heykəllərə yüz min dollarlarla vəsait xərcləyən hakmimiyyət vətəndaşların dolanışıq vəziyyətinin yaxşılaşdırılmasını düşünmür. Müsavat başqanının müavini Arfi Hacılı isə Azərbaycan müxaliətinin nəhayətdə qalib gələrək azadlaq çarçıları Məmməd Əmin Rəsulzadənin və Əbyülfəz Elçibəyin heykəllərini ucaldacığını bəyan edib. Müsavat Partiyasının başqanı İsa Qəmbər Xalq Cəhbəsi hökumətilə indiki rejimi müqayisə edib. Onun sözlərinə görə, Heydər Əliyev və onun oğlunun hakimiyyəti total korrupsiya, ölkənin talan edilməsi, azadlığın boğulması ilə yadda qalıb. Müsavat başqanını fikrincə, nəhayət müxalifət birləşib bu il Əliyev rejimini istefaya göndərməlidir. AXCP lideri Əli Kərimli hesab edir ki, ölkəni talayan hakim rejimdən heç nə gözləmək olmaz. Onun fikrincə, müxaliətdə olan qüvvələr parlamentdə yerlər uğrunla deyil, parlamenti xalqa qaytarmaq uğrunda mübarizə aparmalıdır. Mitinqin qətnaməsində azad və demokratik seçkinin keçirilməsi, Seçki Məcəlləsinin dəyişdirilməsi, müstəqil televiziyanın yaradılmasına maneələrin aradan qaldırılması, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin günahkarlarının tapılması tələb edilir.

XS
SM
MD
LG