Accessibility links

İsveçrəlilər referendumda AB sərhəd razılığını və həmcinslərin nigahını təsdiq edirlər - 2005-06-05


İsveçrə seçiciləri bu gün keçirilən referendumda ölkənin Avropa Birliyi ilə sərhədlərində məhdudiyyətləri azaltmağa və eyni cinsdən olan insanların evlənməsinə səs veriblər. Bu günün səsverməsində İsveçrəlilərin 55 faizi Avropa Birliyinin Pasportdan Azad müqaviləsini və siyasi sığınacaq barədə ümumi razılığı təsdiq etmişlər. Xatırladaq ki, İsveçrə Avropa Birliyinə daxil deyil. İkinci mühüm məqamda İsveçrəlilərin 58 faizi həmcins insanların evlənərək vergi, pensiya və vərəsəlik məsələlərində eyni hüquqa malik olmasına tərəfdar cıxmışlar. Hərçənd ki, o biri Avropa ölkələrində homoseksualların evlənməsinə icazə verilir, ilk dəfədir ki, belə bir ölçü əhalinin əksrəyyəti tərəfindən referendumda qəbul olunur.

XS
SM
MD
LG