Accessibility links

Azərbaycanda soyuq hava məktəblərdə dərslərin dörd gün dayandırılmasına səbəb olub


Hidrometeoroloqlar soyuq və qarlı hava şəraitinin yanvarın 28-dək davam edəcəyini bildirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hidrometeoproloji proqnozlar bürosunun rəhbəri Umayra Tağıyeva Amerikanın səsi radiosuna bildirib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu rekord həddən aşağı olub. Onun sözlərinə görə, qar yağıntısı hələ bir neçə gün davam edəçək. Xanım Tağıyeva şaxtaların getdikcə zəifləyəcəyini də bildirib. DİN Baş Dövlət Yol Polisinin məsul növbətçisi Xosrov Nəcəfov ölkənin magistral yollarında nəqliyyatın hərəkətinin az olduğunu və Rusiya istiqamətinldə yolun bir neçə saat bağlandığını deyib. Onun sözlərinə görə, Bakı Şamaxı yolunda da nəqliyyatın hərəkəti çətinləşib. Cənab Nəcəfov bildirib ki, qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq avtomobil qəzaları da qeydə alınıb. Havaların kəskin soyuması ilə əlaqədar ölkənin bütün ümumtəhsil məkəblərində dərslər dörd gün təxirə salınıb. Prezident İlham Əliyev də hava şəraitinin kəskin pisləşməsilə əlaqədar yaranmış problemlərin müzakirəsilə bağlı müşavirə keçirib. O, bildirib ki, Bakıda və qəsəbələrdə görülmüş tədbirlər nəticəsində elektrik enerjisi təczihatı sahəsində problem yoxdur. Cənab Əliyev nazirliklərə və idarələrə əhalinin elektrik enerjisi, qaz və istiliklə təmin olunması üçün tədbirlər görməsini tapşırıb. Dövlət başçısı Gürcüstan prezidenti Mixail Saakaşvilinin müraciətilə Azərbaycanın "dost və qardaş ölkə"yə qaz və elektri k enerjisi göndərilməsi üçün tədbirlər gördüyünü də diqqətə çatdırıb. Azərbaycanın sənaye və energeitka naziri Natiq Əliyev Amerikanın səsi radiosuna bildirib ki, Rusiyadan Gürcüstana elektrik və qaz verilməsi bərpa olunanadək yardım davam etdiriləcək. Nazirin sözlərinə görə, Gürcüstana Azərbaycan enerjini öz daxili imkanları hesabına verir və ölkə ekstremal hallar üçün 120 milyon kub metr qaz ehtiyatı saxlayır. Nazir eyni zamanda ABŞ Dövlət Departamentinin nümayəndəsinin mətbuatda Azərbaycanın Ermənistana enerji yardımı etməsi ilə bağlı məlumatını təkzib edib. Onun sözlərinə görə, Sazişə görə hətta Gürcüstan Azərbaycandan aldığı qaz və elektriki üçüncü ölkəyə verə bilməz.
XS
SM
MD
LG