Accessibility links

Azərbaycan 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir  


Prezident İlham Əliyev bu gün 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarının və Paralimpiya Oyunlarının keçirilməsi üçün Azərbaycanın namizədliyinin irəli sürülməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi üzrə namizədliyin dəstəklənməsi üzrə tədbirlərin təmin edilməsi məqsədilə baş nazirin müavini Yaqub Eyyubovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılır. Təşkilat Komitəsinə Azərbaycan hökumətinin üzvləri, Bakı şəhər icra hakimiyyətinin başçısı, Milli və Beynəlxalq Bankların sədrləri, Həmkərlar İttifaqları Konfederasiyasının rəhbəri, Dövlət Neft Şirkətinin prezidenti, Dövlət Televiziyasının rəhbəri, "AZAL" Aviasiya Konserninin rəhbəri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, yaradıcılıq birliklərinin rəhbərləri, Olimpiya çempionları daxil edilib. Təşkilat Komitəsinə Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etmək tapşırılıb.
XS
SM
MD
LG