Accessibility links

Azərbaycan təhlükəsizlik orqanları xarici səfirliklərə qarşı terror aktının qarşısını alıb


Bu gün ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri təhlükəsizlik tədbirləri ilə əlaqədar fəaliyyətini məhdudlaşdırıb. Hər iki səfirlik tədbirlərini təxirə salıb və vətəndaşlarını xəbərdarlıq edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik bildirib ki, səfirliyin viza və Amerika vətəndaşlarına açıq xidmətləri də işləmir. Səfirlik fəaliyyətinin məhdudlaşıdırılmasının səbəbi ilə bağlı geniş məlumat verməsə də Azərbaycanın Milli Təhlükəsizlik nazirliyi bildirir ki,radikal vəhhabilərdən ibarət qrupun Bakıda bir sıra dövlət strukturu və beynəlxalq antiterror koalisiyasına üzv dövlətlərin diplomatik nümayəndəliklərinə qarşı terror aksiyaları keçirməsinin qarşısı alınıb. Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayevin sözlərinə görə, faktla bağlı cinayət işi qaldırılıb və əməliyyat şəraitinə nəzarət olunur. Cənab Babayev həmçinin, dini ekstremist qrupun üzvlərinin saxlanılması haqqında məlumatı şərh edərkən bildirib ki, Müdafiə nazirliyinin bir neçə gün öncə hərbi hissədən qaçmış zabiti Kamran Əsədov oğurladığı silah və sursatı qabaqcadan əlbir olduğu vəhhabi qruplaşmasına verib. Tqrfn Agentilyinin məluamtına görə, vəhhabi qrupunun iyirmidən çox üzvü həbs edilib. APA agentliyinin məlumatında isə deyilir ki, Bakıdan 90 kilometr şimalda yerləşən Dəvəçi rayonunda vəhhabilərin imamı sayılan Mirzə Əlibəyov da həbsə alınıb. Bu gün ABŞ səfirliyinin ətrafınqda iki nəfər şübhəli bilinən saqqalı şəxs saxlanıb və sonra axad buraxılıb. ABŞ –ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik «Amerikanın səsi» radiosuna sabah da səfirliyin məhdud rejimdə fəaliyyət göstərəcəyini bildirib.
XS
SM
MD
LG