ABŞ Senatoru Bob Korker
ikitərəfli münasibətlərin geniş spektri ilə tanış olmaq üçün Azərbaycana gəlib.O prezident
İlham Əliyevlə görüşdə Azərbaycanın Əfqanıstanda və İraqda aparılan antiterror
əməliyyatlarında fəal iştirakını yüksək qiymətləndirib. Cənab Əliyev isə Azərbaycanla ABŞ
arasında əməkdaşlığın çox geniş sahələri əhatə etdiyini və bu əməkdaşlığın
əhəmiyyətli olduğunu deyib.ABŞ-ın Azərbaycandakı səfirliyi bildidid ki,
ilk dəfə
senator kimi Tennesi ştatından seçilən Respublikaçı Bob Korker bir sıra yüksək rütbəli hökumət rəsmiləri, deputatlarla
görüşəcək. Senator həmçinin hökumət və özəl şirkət nümayəndələri ilə enerji
məsələləri üzrə fikir mübadiləsi aparacaq.