Accessibility links

ABŞ xarici teleradioların Azərbaycanda yayımı ilə bağlı müzakirələr aparır


Bu gün 'Amerikanın Səsi' və 'Azad Avropa/Azadlıq' radiolarını təmsil edən ABŞ Yayım Şurasının (Broadcasting Board of Governors - BBG) nümayəndə heyəti ABŞ səfirliyini nümayəndələri ilə birlikdə Azərbaycan Milli Teleradio Şurasının rəhbərliyi və yüksək vəzifəli hökumət nümayəndələri ilə xarici teleradio qurumlarının mili tezliklərdə gələcəkdə yayımı ilə bağlı 'konsturktiv müzakirələr' aparıb. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında deyilir. 'Bu müzakirələrə əsaslanaraq, biz lisenziyaların vaxtının uzadılmasını səbirsizliklə gözləyirik. Bu, radioların mövcud olan formatda yayımlanmasına imkan verəcək. Lisenziyanın vaxtının uzadılması danışıqları davam etdirmək üçün zəmin yaradacaq və bu radiostansiyaların yayımının davamı üçün biz Azərbaycan qanunvericiliyinə uyğun olan ən yaxşı yolun tapılması məqsədilə müzakirələrimizi davam etdirəcəyik'- deyə səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib. Xatırladaq ki, bu il oktyabrın 31-də Azərbaycan Milli Teleradio Şurasının rəhbəri 2009-cu ildən qurumun yerli tezliklərdə xarici radioların yayımını dayandırmaq niyyətində olduğunu bildirib.

XS
SM
MD
LG