Accessibility links

Azərbaycan Əfqanıstandakı hərbiçilərinin sayını iki  dəfə artırır


Əfqansıtanın xarixci işlər nazirinin müavini Məhəmməd Fərrahi Azərbaycanda rəsmi səfərdədir. O bu gün hökumət rəsmiləri ilə görüşlər keçirib. Azərbaycan xarici işlər nazirliyinin mətbuat katibi Xəzər İbrahim «Amerikanın səsi» radiosuna bildirib ki, iki ölkə arasında əlaqələrin geniş spektri müzakirə olunub. Mətbuat katibi Azərbaycanın Əfqanıstanda iqtisadi və humanitar layihələri həyata keçirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Cənab İbrahim Azərbaycan hökumətinin NATO-nun müraciəti ilə Əfqanıstanda sülməramlı hərbi heyətinin sayının iki dəfə artırılması ilə bağlı qərar qəbul etdiyini deyib. Onun sözlərinə görə, Əfqanıstanda xidmət edən Azərbaycan hərbiçilərinin sayı 22-dən 44-də çatdırılacaq.
XS
SM
MD
LG