Accessibility links

Azərbaycan Ali Məhkəməsinin sədri Avropa İnsan Haqları məhkəməsinin qərarlarının icra olunacağını bildirib


Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev 2006-cı ilin yekunları ilə bağlı hesabat verib. Tədbirdə qeyri-hökumət, hüquq-müdafiə təşkilatlarının nümayəndələri iştirak edib. O ötən il prezident İlham Əliyevin sərəncamı ilə Bakı, Gəncə, Sumqayıt, Əli-Bayramlı, Şəki şəhərlərində apellyasiya məhkəmələri, Ağır Cinayətlərə dair Naxçıvan MR məhkəməsi, 2 saylı Bakı İqtisad məhkəməsi, Sumqayıt və Şəki yerli İqtisad məhkəmələrinin yaradıldığını bildirib. Həmçinin prezident sərəcamı ilə hakimlərin sayı 153 nəfər artırılıb. Sədrin fikrincə, yeni məhkəmələrin yaradılması məhəkəmə islahtalarının daha da dərinləşməsinə, hakimlərin işinin həcminin azalmasına, məhəkəmə baxışlarının keyfiyətinin artmasına kömək edəcək. Cənab Rzayevin sözlərinə görə, 2006-cı ildə Ali Məhkəməyə 20.287 şikayət və ərizə daxil olub. «2006-cı ildə Ali Məhkəmədə kassasiya qaydasında 3.906 işə, o cümlədən mülki işlər üzrə məhkəmə kollegiyasında 2.754, iqtisadi mübahisələrə dair işlər üzrə məhəkəmə kollegiyasında 395, cinayət işləri üzrə məhkəmə kollegiyasında 109 işə baxılıb. Bu isə 2005-ci illə müqaisədə 153 iş azdır». O Ali Məhkəmənin 2006-cı ildə 30 xüsusi qərardad çıxardığını da diqqətə çatdırıb. Ali Məhkəmənin sədri Avropa İnsan Haqları məhkəməsinə Azərbaycandan 1478 ərizə daxil olduğunu bildirib. "Avropa İnsan Haqları məhkəməsi Azərbaycan məhkəməsinin bir qərarını ləğv edib. Azərbaycan Avropa İnsan Haqları məhkəməsinin bütün qərarlarını təmin edəcək" - deyə o qeyd edib. Cənab Rzayev jurnalistlərin korrupsiya faktları, məhəkəmələrdə ədalətsiz qərarların qəbulu ilə bağlı suallarına da cavab verib. Ali Məhkəmənin sədri beynəlxalq təşkitlatların Azərbaycan məhkəmələrinin korrupsiyaya uğraması ilə bağlı fikirlərini qəbul etmir. O eyni zamanda «Amerikanın səsi» radiosunun sualının cavabında Azərbaycan məhəkəmələrində bəzi hallarda işlərin axıradək araşıdırılmadığını bildirib. Misal kimi isə Fəhmin Hacıyevin işini göstərib. Avropa İnsan haqları məhkəməsi cənab Hacıyevin məhkəmədə hüquqları pozulduğuna görə Azərbayücan hökumətini bir neçə min Avro cərimələyib. Öz növbəsində, Hüquq Maarifçliyi cəmiyyətinin sədri İntiqam Əliyev Ali Məhkəmənin fəaliyyətini mənfi qiymətlənldirir. Onun fikrincə, məhz Ali Məhkəmə bir çox hallarda aşağı məhəkəmələrdə qanun pozuntuları ilə bağlı şikayətlərə biganə yanaışr. Cənab Əliyev hesab edir ki, Avropa İnsan Haqları məhəkəmsinin Azərbaycan məhkəmələrində qanun pozuntusu ilə bağlı bir neçə qərarı var və bu qərarlar ciddi araşdırılıb nəticə çıxarılmalıdır.
XS
SM
MD
LG