Accessibility links

Səfir Enn Dersi: «Azərbaycan-ABŞ təhlükəsizlik danışıqları çox vacib idi»


"Azərbaycanla ABŞ arasında 10 illik tarixə malik təhlükəsizlik danışıqları ümumillik və təhlükəsizlik baxımından çox vacib idi. Danışıqlar təmsilçilik, yüksək səviyyəli nümayəndə heyəti və müzakirə edilən məsələlərin müxtəlifliyi baxımından da mötəbər olub". Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi «Amerikanın səsi» radiosunun sualının cavabında bildirib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti rəsmi Vaşinqtonda çox yaxşı təəssürat yaradıb. "Ona görə ki, Azərbaycan nümayəndə heyəti həm müxtəlif məsələləri müzakirə edib, həm də müxtəlif güc nazirliklərinin təmsilçiliyi baxımından çox zəngin şəkildə təmsil olunub. Güc nazirlikləri deyəndə, Azərbaycanın Milli Təhlükəsiziliyinə cavabdeh olan nazirlikləri nəzərdə tuturam. Müzakirə olunan məsələlər əsnasında Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün bacarığının inkişafını nəzərə çatdırmışıq. Məsələn, təhlükəsizlikdən danışanda Xəzər hövzəsində olan təhlükəsizliyi qeyd etmək istərdim". Səfir bildirib ki, sərhədlərin təhlükəsizliyinə və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması bacarığına dair məsələlər də diqqət mərkəzində olub. "Azərbaycanın "Fərdi tərəfdaşlıq" planı vasitəsilə NATO ilə əməkdaşlıq yolları, Azərbaycan üçün çox mühüm olan enerji sahəsindəki infrastrukturun təhlükəsizliyi məsələləri, Azərbaycanın regionda və dünyada artan rolu, terrorizmə qarşı mübarizədə verəcəyi töhfələr müzakirə olunub" . Səfir Azərbaycanda mətbuat günü ərəfəsində yeddi jurnalistin həbsdə olması ilə bağlı «Amerikanın səsi» radiosunun sualının cavabında isə, obyektiv, müstəqil medianın fəaliyyətinin çox önəmli olduğunu deyb. «Obyektiv, müstəqil medianın fəaliyyəti demokartiyanın qurulmasına təkan verən məsələlərdən biridir. Ümidvaram ki, həm media, həm də hökumət peşəkar, obyektiv və demokratiyaya xidmət edən medianın Azərbaycanda fəaliyyət göstərməsi, mövcud olması üçün öz tərəfindən səylər göstərəcək". O, Azərbaycanın Avropa Şurası qarşısında demokratiyanın inkişafına yönəlmiş öhdəliyini xatırladıb. "Bu şəraitdə peşəkar və tam müstəqil fəaliyyət göstərən media Azərbaycanın özü üçün də çox vacibdir. Əminəm ki, Azrəbaycan həm azad, həm də müsətəqil fəaliyyət gösətərən KİV-in demokratiyanın təchizatı funksiaysını öz üzərinə götürə bilməsi üçün belə bir sistemi inkişaf etdirəcək. Məhz bu istiqamətdə irəli atılan addımları alqışlayırıq. Ümid edirəm ki, 22 iyul- Azərbaycanın milli mətbuat günü ölkənin media tarixində mühüm gün olacaq", - deyə xanım Dersi qeyd edib.
XS
SM
MD
LG