Accessibility links

Azərbaycan ABŞ-la demokratiya və insan haqları sahəsində dialoqun davam etdirilməsində maraqlıdır 


Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycanın ABŞ-la demokratiya və insan haqları sahəsində dialoqun davam etdirilməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ və beynəlxalq təşkilatlar isnan haqları və demokratiya ilə bağlı münasibətlərində bir milyondan çox insanın fundamental hüquqlarını pozmuş Ermənistana da kəskin münasibət bildirməlidir. Cənab Məmmədov Azərbaycan hökumətinin ölkədə bütün insanların fundamental hüquqlarını qoruduğunu və bunu qarşıdan gələn prezident seçkilərində daha açıq nümayiş etdirəcəyini bəyan edib. Ancaq şöbə müdiri bir sıroa dövlət və təşkilatların diqtə siyasətini qəbul etmir. «Azərbaycan heç zaman kökə və qamçı siyasətini qəbul etmir».
XS
SM
MD
LG