Accessibility links

ABŞ Ermənistan-Azərbaycan münaqişəsində irəliləyişin olmasını istəyir


ABŞ vasitəçi kimi Ermənistan və Azərbaycan prezidentlərinin bir araya gəlib danışıqları davam etdirməsi üçün onları həvəsləndirməlidir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bu gün jurnalistlərin suallarının caavabında bildirib. Səir Ermənistan prezidenti Robert Koçaryanın "danışıqlar nəticə verməzsə Ermənistanın Dağlıq Qarabağı tanıyacağı" ilə bağlı bəyanatına da münasibət bildirib. "Şübhəsiz, belə bəyanatlar ehtirasları artırır və xeyri yoxdur. Biz hesab edirik ki, tərəflər arasında razılaşmaya tez bir zamanda nail olmaq mümkündür. Hər iki ölkənin prezidentlərini, xarici işlər nazirlərini və xalqlarını məsələnin danışıqlar yolu ilə həll olunmasına çalışmasına həvəsləndirməliyik". Cənab Harniş həmsədrlərin bu günlərdə Vaşinqtonda keçiriləcək görüşündə münaqişənin həlli istiqamətində növbəti addımların müzakirə ediləcəyini bildirib. "ABŞ hökuməti Vaşinqton görüşündən sonra irəliləyişin əldə olunmasını görmək istəyir. Bu, həmsədrlərin də istəyidir. ATƏT-in Vyanada keçirilən dünənki toplantısındakı çıxış da həmsədrələrin bu istəyini bir daha sübut edir". ABŞ səfiri İran ətrafında baş verən son olaylara da toxunub. "İran hazırda nüvə silahı yaratmaq təşəbbüsü ilə özünü beynəlxalq aləmdən təcrid etmək prosesindədir. Lakin İran eyni zamanda Avropa Birliyinin, eləcə də Rusiyanın apardığı səmimi danışıqlara qoşulmaq barədə qərar verə bilər. Bunu edərsə o beynəlxalq ictimaiyyəti özünə yaxınlaşdırmış olar, beynəlxalq təşkilatlara çıxış əldə edər. Bir sözlə İranın gələcəyi iranlıların öz əlindədir".
XS
SM
MD
LG