Accessibility links

Türkiyənin terrora qarşı mübarizəsi Azərbaycanda dəstəklənir


Azərbaycan Milli İstiqlal partiyasının bir qrup fəalı Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında Türkiyənin PKK-a terroruna qarşı mübarizəsinə dəstək məqsədilə piket keçirib. Piketçilər hər an Türkiyə vətəndaşları ilə çiyin-çiyinə terrorçulara qarşı mübarizə aparmağa hazır olduqlarını bəyan edib. AMİP sədrinin müavini Əli Orucov beynəlxalq ictimaiyyəti Türkiyənin terrora qarşı mübarizəsini dəstəkləmyə çağırıb. Türkiyədə insanların terrorçüular tərəfindən qətlə yetirilməsi Qarabağ münaqişəsinin qurbanı Aminə Vəliyevanı dəhşətə gətirib. O məhz bu səbəbədən etiraz aksiyasına qoşulduğunu deyib. Piketin qətnaməsində deyilir ki, AMİP bu şərəfli və gərgin mübarizədə hər zaman qardaş Türkiyənin yanında olacaq. Türkiyəç səfirliyinin üçüncü katibi Nuru Alqış isə piketçilərə minnətdarlıq bildirib.
XS
SM
MD
LG