Accessibility links

Bakı-Aktau reysi ilə uçan təyarrənin qəzaya uğraması nəticəsində 23 nəfər həlak olub 


Dünən Bakı-Aktau (Qazaxıstan) reysi ilə uçan təyyarə qəzaya uğrayıb. Təyyarədə olan 18 sərnişin və 5 nəfər ekipaj üzvünün hamısı həlak olub. Həlak olanların 10 nəfərəi Azərbaycan, 4 nəfəri Qazaxıstan, 1 nəfəri Böyük Britaniya, 1 nəfəri Avstraliya, 1 nəfəri Gürcüstan və 1 nəfəri Türkiyə vətəndaşıdır. Həlak olanların hamısının cəsədi tapılıb. “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140-100 təyyarəsi dekabrın 23-də yerli vaxtla saat 22.27 dəqiqədə səmaya qalxıb və beş dəqiqədən sonra radarlardan itib. Radarlardan itdikdən iki dəqiqə sonra təyyarə hava limanından 18 kilomet aralıda Nardaran qəsəbəsi istiqamətində Xəzər dənizinin sahillə birləşdiyi yerdə yerə çırpılıb. Qəzadan dərhal sonra hadisə yerində xilasedicilər, hüquq mühafizə orqanlarının rəhbərləri və istintaq qrupu işləyir. Hazırda qəza yerində araşdırmalar davam etdirilir. Güclü külək çətinliklər yaratsa da xilasedicilər təyyarənin dənizə səpələnmiş hissələrinin toplanması işlərini davam etdirir. Hadisə yerinə ölkə prezidenti İlham Əliyev, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov gəlib. Prezident hadisənin araşdırılması üçün baş nazir Artur Rasizadəninin sədrliyi ilə dövlət komissiyası yaradılması barədə sərəncam imzalayıb. Prezident İlham Əliyev həlak olanların ailələrinə başsağlığı verib. Həlak olan sərnişinlər Azərbaycan vətəndaşları İsa Abbasov, Namiq Abbasov, Təhməz Allahverdiyev, N.M.Cəfərov, Rasim Rəsulov, Nikulina (adı məlum deyil), O.Amanov, Aygün Baxşıyeva, Qızılgül Hüseynova, Kutsenko (adı məlum deyil), Gürcüstan vətəndaşı Artsyanari Nodar, Avstraliya vətəndaşı Alen Dekstermer, İngiltərə vətəndaşı Hardi Yan Ceyms, Türkiyə vətəndaşı Dəmir Ərdal, Qazaxıstan vətəndaşları Dmitri İsakov, Tatyana Qarnikova, Bulut Kalintayev və Aynur Süleymanovadır. Qəzaya uğrayan An-140-100 regional yük-sərnişin təyyarəsi Ukraynanın "Antonov" elmi-texniki aviasiya kompleksində hazırlanıb və Xarkov Dövlət Aviasiya İstehsalat Müəssisəsində istehsal olunub. Təyyarə 3700 km-dək məsafəyə sərnişin və qarışıq yük-sərnişin daşınması üçün nəzərdə tutulub. Konstruksiyasına görə An-140-100 iki mühərrikli yüksəkplanlıdır. Sərnişin salonu 52 yerlikdir. Xatırladaq ki, AN-140 təyyarəsinin qəzaya uğraması 2002-ci ildə İranda da baş vermişdi. Ukraynaya məxsus olan həmin təyyarədəki 45 nəfərin hamısı həlak olmuşdu.
XS
SM
MD
LG