Accessibility links

“Azadlıq” qəzetinin müxbiri prokurorluğun məlumatını böhtan sayır


Dünən Respublika Prokurorluğu “Azadlıq” qəzetinin fevralın 22-də reportaj hazırlayarkən döyülmüş, martın 13-də isə bıçaqlanmış müxbiri Aqil Xəlilin istintaqının gedişi ilə bağlı məlumat yayıb. İstintaq zamanı aparılmış video çəkiliş bir neçə televiziyada nümayiş də etdirilib. Məlumatda deyilir ki, jurnalist homoseksualist tərəfindən bıçaqlanıb. Bununla bağlı kadrlarda seksual azlığa aid edilən şəxslərin ifadələri nümayiş etdirilib. Aqil Xəlil isə “Amerikanın səsi” radiosuna müsahibəsində prokurorluğun məlumatını böhtan adlandırıb. Onun sözlərinə görə, dindirmə zamanı ona fiziki və psixoloji təzyiq edilib. Cənab Xəlil eyni zamanda istintaq orqanını və ləyaqətinə toxunan kadrları yaydığına görə telekanalları məhkəməyə verdiyini bildirir. Öz növbəsində, Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev jurnalistin dediklərini təkzib edib. “İstintaq obyektiv aparılır və heç kimə təzyiq edilməyib”-deyə o qeyd edib.
XS
SM
MD
LG