Accessibility links

Azadlıq qəzetinin müxbiri məhkəmənin qərarına etiraz edir


Nəsimi rayon məhkəməsində "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanması epizodu üzrə məhkəmə prosesi başa çatıb. Hakimi Şahin Abdullayev cənab Xəlilə basqında ittiham edilən Sergey Strekalini bir il altı ay azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O qəsdən sağlamlığa az ağır zərər yetirmə, narkotik əldə etmə və saxlama ittihamı üzrə təqsirli bilinib.

Cənab Xəlil məhkəmənin hökmünə etiraz edib. Jurnalist Strekalin tərəfindən bıçaqlanmadığını bildirib və hökm oxunarkən etiraz olaraq məhkəmə heyətinə arxasını çevirib.

Aqil Xəlil bu il fevralın 22-də Zeytun bağları adlanan ərazidə ağacların qanunsuz kəsilməsi barədə reportaj hazırlayarkən basqın olub. Bundan sonra, martın 13-də cənab Xəlil naməlum şəxslərin basqınına məruz qalıb və ürək nahiyəsindən bıçaqlanıb. Jurnalist istintaq prosesində valideynlərinin psixoloji təzyiqə, özünün isə işgəncəyə məruz qaldığını bildirib. Cənab Xəlil məhkəmənin hökmünü qanunsuz adlandırıb.

Jurnalist bıçaqlanmasında dörd nəfərin iştirak etdiyini bildirib. Onun dediyinə görə, polis orqanları istintaqı obyektiv aparıb və cinayətkarları müəyyən edib. Lakin sonradan iş prokurorluğa verilib və bununla da onu döyən Milli Təhlükəsizlik nazirliyi əməkdaşları istintaqdan yayındırılıb.

Sergey Strekalin isə məhkəmə zalında macal tapıb "Özünüzü günahkar sayirsınızmı?" sualımı cavabsız buraxıb. Strekalinin susması qarşılığında vəkil Akif Məlikov cavab verib. O müdafiə etdiyi şəxsin jurnalisti bıçaqladığını deyib.

Aqil Xəlilin vəkili Elçin Sadıqov məhkəmənin hökmündən apelyasiya şikayəti veriləcəyini bildirib. Onun fikrincə istintaq və məhkəmə prosesi zamanı Avropa İnsan Haqları Konvensiyasının çoxsaylı tələbləri pozulub.

Respublika prokurorluğu işin siyasi versiyasını təkzib edir. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev cinayətin

seksual azlığa məxsus Sergey Strekalin tərəfindən törədildiyinin istintaqda tam sübuta yetirildiyini deyir. O jurnalistin işgəncəyə məruz qalması barədə dediklərini da təkzib edir.

Jurnalist və onun vəkili bəbənə sağlamlığa az ağır xəsarət yetirmə ittihamı ilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə 4 il, narkotik saxlama ittihamı ilə qəzetin satirik yazarı Mirzə Sakitə 3 il yarım həbs kəsildiyini bildirib. Qənimət Zahid isə hazırkı haldan fərqli olaraq bıçaqdan istifadə etməyib. Vəkil Elçin Sadıqov bütün bunların məhkəmənin qərəzliliyindən xəbər verdiyini deyib.

Respublika prokurorluğunun mətbuat xidmətinin rəhbəri isə bunu məhkəmələrin işdəki ağırlaşdırıcı və yüngülləşdirici halları nəzərə alması ilə izah edib.

XS
SM
MD
LG