Accessibility links

Ekspert iqtisadi böhran zamanı Azərbaycan neftinə marağın artdığını deyir


Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban iqtisadi böhran dərinləşdikcə Azərbaycan neftinə maraqların artacağını bildirir.

Onun fikrincə, Azərbaycanda neft çıxarmaq həm iqlim, həm geoloji baxımdan səmərəlidir.

Çünki burada iqlim mülayim, daşıma xərcləri ucuz və geoloji baxımdan qazma işləri asandır.

Ekspert hesab edir ki, xarici neft şirkətlərində işçilərin ixtisarı gözlənilmir.

Amma ixtisar köməkçi işlərlə məşğul olanlara aid edilir.

“İxtisarlar əsasən xidmət sahəsində çalışanlar, sürücülər və digər köməkçi işlərlə məşğul edənlərə aid edilir.

Azərbaycan Dövlət Neft Şirkətində isə ixtisarlar qaçılmazdır”.

XS
SM
MD
LG