Accessibility links

Asim Mollazadə: İranın yeni hökuməti azərbaycanlıların mədəni və milli hüquqlarını tanımalıdır


Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə hesab edir ki, İranın yeni hökuməti Ermənistana köməyini dayandırmalı və İrandakı azərbaycanlıların mədəni, milli hüquqlarını tanımalıdır. Partiya sədrinin fikrincə, İranın Azərbaycanla münasibətlərinin inkişafında bu iki amil mühüm rol oynayır.

Cənab Mollazadə eyni zamanda İranın yeni hökumətinin Ermənistana köməyi dayandıracağını, azərbaycanlılara və digər millətlərə mədəni azadlıq verəcəyinə və insan haqlarını qoruyacağına inanmır.

O hesab edir ki, İran Xəzərdə Azərbaycanın hüquqlarına qarşı çıxarsa Azərbaycanın müttəfiqləri olan dünyanın güclü dövlətləri buna yol verməyəcək.

XS
SM
MD
LG