Accessibility links

AŞPA prezidenti Azərbaycanda siyasi məhbus və mətbuat azadlığı barədə münasibət bildirib  


Azərbaycanda həbs olunmuş jurnalistlər problemi Avropa Şurasının gündəliyində daim mövcuddur". Bu barədə Starsburqda bugünki mətbuat konfransında AŞPA rəhbəri Rene Van Der Linden bildirib. «Turan» Agentlyinin məlumatına görə, AŞ-ın həbs edilmiş jurnalistlərin azad edilməsi üçün hansı addımları ata biləcəyi haqda suala cavabda o deyib: "Mən bu məsələyə Azərbaycanda siyasi məhbuslarla bağlı ümumi problemlə birlikdə baxardım. AŞ iştirakçısı olan ölkələrdə siyasi məhbus olması yolverilməzdir. Razıyam ki, AŞ konkret mövqe bildirməli və Azərbaycan hakimiyyətinə təzyiqi artırmalıdır", - deyə Linden əlavə edib. Xüsusən, Azərbaycan rəsmilərinə monitorinq prosedurları vasitəsilə təzyiq göstərilməlidir. Ümumilikdə, Lindenin qeyd etdiyinə görə, yalnız jurnalistlər deyil, heç kim təqsiri sübut olunmadan həbs cəzasına məruz qalmamalıdır. Linden bildirib ki, bu məsələləri bu həftə Strasburqa rəsmi səfərə gələcək Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla ətraflı müzakirə edəcək. "AŞ-ın 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı fəaliyyət planını varmı"? Bu suala cavabda Linden bildirib ki, seçkilərin əsaslı monitorinqini keçirmək nəzərdə tutulur. Bununla yanaşı, müşahidəçilər yalnız sekilərə göndərilməyəcək, həm də seçkiqabağı vəziyyətə nəzarət edəcəklər. "Seçkiqabağı missiya ölkədə azad, ədalətli və demokratik seçkilər üçün şəraiti qiymətləndirəcək", - deyə Linden bildirib.
XS
SM
MD
LG