Accessibility links

Azərbaycan bölgəni enerji ilə təchiz edən ölkəyə çevrilir


Prezident İlham Əliyev Azərbaycanın İranla sərhəddində yerləşən Astara rayonunda modul tipli elektrik stansiyasının açılış mərasimində iştirak edib. «Azərenerji» Səhmdar Cəmyiyətiin prezidenti Etibar Pirverdiyev bildirib ki, elektrik stansiyası Finlandiyanın “Wartsila” və İsveçrənin “ABB” şirkətləri tərəfindən inşa edilib. Onun sözlərinə görə, stansiya ölkənin cənub bölgəsinin elektrik enerjisinə tələbəatını tam ödəyəcək və burada hər birinin gücü 8,7 meqavat olan 10 generator quraşdırılıb. Cənab Pirverdiyev bildirib ki, stansiyanın ərazisində quraşdırılmış gücləndirici yardımçı stansiyada hər biri 25 meqavat olan 5 ədəd transformator qoyulub. 2 kilometr uzunluğunda 110 kilovoltluq elektrikötürmə xətləri, 1,2 kilometr uzunluğunda qaz xətti çəkilib, iki vertolyot meydançası inşa edilib. «Azərenerji»nin prezidenitinin sözlərinə görə, bu ilin sonunadək modul tipli daha dörd stansiyanın tikintisi başa çatdırılacaq. Prezident İlham Əliyev Gənubi Qafqazda enerji təhlükəsizliyi məsələsinin kəskin xarakter aldığını önə çəkib. Onun sözlərinə görə, Azərbaycanda enerji çatışmazlığı olsa da bu qış əhali enerji ilə təchiz olunub. Dövlət başçısı həyata keçirilən enerji proqramının məqsədinin əhalinin fasiləsiz enerji ilə təminatı oldğunu bildirib. Prezident bu ilin sonunadək Azərbaycan əhalienin elektrik enerjisinə olan təlabıtının tam ödəniləcəyini də bəyan edib. İndii isə Astara camaatını düşündürən ən başlıca məsələ ölkə ərazisinin işğalda olmasıdır. Rəyini soruşduğum insanların bir çoxu sosial problemləri barədə danışmaqdan çəkinib. Rayonda işsizlik, elektirk enerjisi və qazla təchizi də əsas proğlemlər sırasındadır.
XS
SM
MD
LG