Accessibility links

İranda insanlar dini rejimə etiraz edir


ANS televiziyasının xəbərlər xidmətinin aparıcı redaktoru Qənirə Ataşova son 10 gün ərzində İranda seçki prosesini izləyib. O paytaxt Tehran və paytaxt ətrafındakı məntəqələrdə müşahidələr aparıb.
Xanım Ataşova “Amerikanın səsi” radiosuna bildirib ki, Tehran və ətraf yaşayış məntəqələrində əhalinin əksəriyyəti Mir Hüseyn Musəvini müdafiə edib. Səsvermə günü də əhalinin əksəriyyətinin Mir Hüseyn Musəvi və Mehdi Kərrubiyə səs verdiyini bildirib.
Aparıcı redaktor çoxsaylı seçicinin axşam saat 18-dən sonra seçki məntəqələrində seçki bülleteni olmadığından səs verə bilmədiyini bildirib. Onun sözlərinə görə, axşam saatlarında seçki məntəqələrində səs vermə üçün uzun növbələrin yaranması və bülleten qıtlığı narazılıqlara səbəb olub.
Jurnalist müşahidələrinə əsaslanaraq İran xalqının mövcud dini rejimdən narazı olduğunu və yenilik istədiyini bildirib. “İnsanlar Musəvinin islahatlar aparacağına və onlara daxili azadlıqlarını reallaşdırmağa imkan verəcəyinə inanır”.


XS
SM
MD
LG