Accessibility links

ATƏT-in və Avropa İttifaqının nümayəndələri Azərbaycanda mətbuata təzyiqləri pisləyir


ATƏT-in mətbuat məsələləri üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Azərbaycan hakimiyyətilə görüşəcəyi təqdirdə Azərbaycanda mətbuatın və jurnalistlərin vəziyyətinə toxunacağını təsdiq edib. "Hazırda Bakıda çoxlu sayda VIP şəxslər var, buna görə mən əminliklə qəbul ediləcəyimi deyə bilmərəm, lakin bu baş verərsə onda problem mütləq müzakirə olunacaq", - deyə o «Amerikanın səsi» radiosuna bildirib. Eyni zamanda, cənab Haraşti "Realnıy Azərbaycan" qəzetinin redaktoru Eynulla Fətullayevin və digər jurnalistlərin həbsilə əlaqədar onun xüsusi bəyanatında əks olunan jurnalistlərin hüquq və azadlıqlarının pozulması haqqında qiymətləndirmələrini və narahatçılığını təkrarlayıb. Öz növbəsində, Avropa İttifaqının xüsusi nümayəndəsi Piter Semnebi «Amerikanın səsi» radiosuna bildirib ki, media azadlığına aid məsələlər Azərbaycan və Aİ arasındakı dialoqun daimi bəndidir. Cənab Semnebi bu məsələni Azərbaycan hakimiyyətinin üzvlərilə keçirəcəyi görüşdə qaldıracağını təsdiq edib. "Mən dəfələrlə hakimiyyətlə konkret işləri müzakirə etmişəm və bunu gələcəkdə də etmək niyyətindəyəm". O Eynulla Fətullayevin həbsilə əlaqədar ATƏT-in mətbuat üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin bəyanatının əhəmiyyətini vurğulayıb. «Avropa İttifaqı öz məqalələrinə görə jurnalistlərin həbsini yolverilməz sayır. Böhtana görə maddənin Cinayət məcəlləsindən çıxarılması və mövcud məsələnin Mülki məcəllə ilə nizamlanması ən optimal variantdır».
XS
SM
MD
LG