Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakı danışıqlarını konstruktiv adlandırıb  


ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair məsləhətləşmələr keçirib. Nümayəndə heyəti əvvəlcə xarici işlər naziri Elmar Məmmədyarov, sonra isə prezident İlham Əliyevlə görüşüb. Vasitəçi nümayəndə heyətinə ATƏT-in Minsk qrupu həmsədrləri amerikalı Stiven Mann, Rusiyalı Yuri Merzlyakov, Fransalı Bernar Fasye, həmçinin - ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Daniel Frid, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, Fransanın fövqəladə və səlahiyyətli səfiri Pyer Morel daxildir. Səfərin yekunları ilə bağlı nümayəndə heyəti birgə bəyanatla çıxış edib. Sənədi ABŞ Dövlət katibinin köməkçisi Daniel Frid və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin oxuyub. Cənab Frid Azərbaycanda münaqişənin sülh yolu ilə nizamlanmasının vacib aspektəlrini, Azərbaycan və Ermənistan prezidentlərinin yaxın zamanlarda keçirilcək görüşü ilə bağlı məsəlləri müzakirə etdiklərini deyib. “Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşümüzdə gələcək nizamlanmanın mühüm aspektlərini müzakirə etdik. Biz yaxın gələcəkdə iki prezidentin görüşü üçün şəraitin yaradılması istiqamətində çalışdıq. Təmsil etdiyimiz xalqların və xüsusilə də beynəlxalq ictimaiyyətin münaqişənin sülh yolundan başqa hər hansı bir digər vasitə ilə həll oluna biləcəyinə olan inamını vurğuladıq. Bundan başqa, hər iki ölkə öz ictimaiyyətini müharibəyə deyil, sülhə hazırlamalıdır. Bizim Bakıda keçirdiyimiz danışıqlar konstruktiv xarakter daşıyır. Sabah Yerevanda prezident Robert Köçəryan və xarici işlər naziri Vardan Oskanyanla eyni xarakterli danışıqlar keçirdikdən sonra təmsil etdiyimiz dövlətlərə qayıdıb liderimizi məlumatlandıracağıq”. Sənəddə həmçinin missiyyanın xüsusi xarakter daşıdığı bildirilir. “Bu, bizim münaqişəyə olan ciddi münasibətimizin və xüsusilə də hər iki tərəfi razı salacaq sərfəli razılaşmanın əldə oluna biləcəyi məqamın yetişdiyinə olan intizamın göstəricisi kimi qəbul olunmalıdır. Hazırda nəyin baş verəcəyi Azərbaycan və Ermənistandan asılıdır. Biz irəliləyişə olan ümid və inamla ölkəni tərk edirik»-deyə birgə bəyanatıda qeyd olunur.
XS
SM
MD
LG