Accessibility links

ATƏT ölkələrində jurnalist çox nadir halda həbs edilir


ATƏT-in Bakı ofisi Azərbaycan ədliyyə sistemində professionallığın yüksəldilməsinə dəstək təlim proqramının birinci mərhələnin reallaşmasına başlayıb. Layihə Əldiyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Konstitusiya və Ali Məhkəmə ilə birgə həyata keçirilir. Proqrama görə, 3 ay ərzində mülki və cinayət hüququ, insan hüquqları sahəsində kurslar keçiriləcək. ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis-Herrero bildirib ki. əsas diqqət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsinə və onun Azərbaycan haqqında qərarlarına ayrılacaq. «Treninqlərə hakimliyə 102 namizəd və Azərbaycan Konstitusiya Məhkəməsinin hüquqşünasları cəlb olunub. Ədliyyə Nazirliyinin imkanlarının artırılması hüquqi demokratik dövlət qurulması işində böyük əhəmiyyətə malikdir. Ədliyyə işçiləri tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının öyrənilməsi və onlardan təcrübi fəaliyyətdə istifadə edilməsi xüsusilə vacibdir». Səfirin fikrincə, məhkəmə-hüquq sistemində islahatların həyata keiçrilməsi uzun vaxt tələb edir. Azərbaycanda isə məhkəmə-hüquq sistemində islahatların həyata keçirilməsinə bir sıra amillər mənfi təsir edir. «Onlardan biri qanunvericilik sahəsində tez-tez islahatlar həyata keçirilməsidir. Bu, hakimlər üçün problemlər yaradır, çünki onların qanunları öyrənməyə vaxtı qalmır. Hakimlər həmçinin insan hüquqları sahəsində beynəlxalq-hüquqi sənədləri və milli qanunları, məhkəməyəqədərki istintaqı tənzimləyən qanunları yaxşı öyrənməlidir». Cənab Luis-Herrero Strasburq məhkəməsinə müraciət etməyə ehtiyac yaranmasın deyə Azərbaycanın birinci instansiya məhkələroində Avropa məhkəməsi presendentlərindən istifadə edilməsinin vacibliyini deyib. Beynəlxalq ekspert Anna Cilet İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi haqqında danışıb. «Kurslar zamanı qanunvericilikdə mümkün çatışmazlıqlara baxılacaq və onların beynəlxalq təcrübə əsasında həlli variantları təklif ediləcək». ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda söz azadlığının mövcud durumu və jurnalistlərin həbsi ilə bağlı vəziyyəti də şərh edib. «ATƏT-in Bakı ofisinin və beynəlxalq təşkilatların mövqeyinə görə media sahəsində problemlər mövcuddur. Söz azadlığı baxımından jurnalistlərə qarşı cinayət işləri olmamalıdır. Jurnalistlər böhtana görə cinayət məsuliyyətinə cəlb edilməməlidir. Diffamasiya ilə bağlı məhkəmə prosesləri jurnalistlərin həbsi ilə başa çatmamalıdır. ATƏT şərəf və ləyaqətin müdafiəsi prinsiplərinə hörmət edir. Eyni zamanda, ATƏT məkanında jurnalistlərin həbsi çox nadir haldır. Azərbaycanın da bu ənənəni davam etdirəcəyinə ümid edirəm»-deyə səfir Luis Herrero qeyd edib .
XS
SM
MD
LG