Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan-Ermənistan danışıqlarında tərəqqi görür


ATƏT-in Minsk Qrupunun həmsədrləri amerikalı Metyu Brayza, fransalı Bernar Fasye və rusiyalı Yuri Merzlyakov Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair aparılan danışıqlarla bağlı məsələlər müzakirə olunub. Görüşlərdən sonra keçirdikləri mətbuat konfransında həmsədrlər tərəqqidən danışıb, Amerikalı həmsədr Metyu Baryza bildirib ki, bu gün Azərbaycanda apardıqları danışıqlarda tərəqqi hiss ediblər. «Biz xarici işlər naziri və prezidentlə görüşümüzdə tərəqqi, konstruktivlik gördük. Ümid edirəm ki, belə tərəqqi və konstruktiv əhval-ruhiyyəni Yerevanda da görəcəyik. Sankt-Peterburq görüşünə gəlincə ümid edirik ki, tərəflər arasında dönüş nöqtəsi olacaq və onlar addım-addım fikir ayrılıqlarını aradan qaldırır». Cənab Brayza eyni zamanda Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycan və Ermənistanın razılaşması barədə mətbüuatda ona istinad edilən sözləri rədd edib. "Mən tərəflərin referendum keçirməsi haqda razılaşması barədə heç vaxt fikir söyləməmişəm. Mən belə bir fikir söyləmişəm ki, vasitəçilər hesab edir ki, status məsələsi səsvermə yolu ilə həll edilməlidir. Amma referendumun necə, nə vaxt və harada keçirilməsi iki ölkənin dövlət başçıları arasında danışıqların gedişində addımbaaddım həll olunmalıdır və hələ heç nə qərara alınmayıb" –deyə o qeyd edib. Onun fikrincə, ümumiyyətlə danışıqlar prosesində bütün məsələlər razılaşdırılmayınca, heç nəyi razılaşdırılmış saymaq olmaz. Öz növbəsində fransalı həmsədr Bernar Fasye hətta DQ-ın statusunun müəyyən olunası üçün nəzərdə tutulan səsvermənin "adının" belə dövlət başçıları tərəfindən müəyyən olunacağını əlavə edib. Rusiyalı həmsədr Yuri Merzlyakov Azərbaycan rəhbərliyi ilə görüşlərinin nəticəsinə görə Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 9-da Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan görüşünün konstruktiv əhval-ruhiyyədə keçəcəyini deyib. «Tənzimləmə prosesində irəliyə doğru addım olacağına ümid etdirəm. Vasitəçilər sabah həmsədrlərin İrəvan görüşündə erməni tərəfin də analoji yanaşma nümayiş etdirəcəyinə də ümid edir». Hər üç həmsədr Sankt-Peterburq görüşünə nə dərəcədə nikbin gözləntilər bəslədikləri sualına cavbadan yayınıblar. Yalnız B.Fasye ancaq "irəliləyişlər" əldə edildiyi halda, vasitəçilərin "nikbinliyi" haqda danışmağın mümkünlüyünü söyləyib. O, belə hesab edir ki, bu, dövlət başçılarının nazirlərə sülh sazişinin layihəsini hazırlamaq barədə tapışırıqlar verəcəkləri an olacaq. Eyni zamanda, B.Fasye Sankt-Peterburq görüşündə "irəliləyiş" əldə edilməsini hesab etməyin hələ tez olduğunu anladıb. O, Sankt-Peterburq görüşündə tərəflərin danışıqlar bazasına nəsə əlavə edə bilməsinin özünü "müsbət yenilik" adlandırıb.
XS
SM
MD
LG