Accessibility links

Bakıda Avrasiya Əməkdaşlıq Fondu təşkil edilib


ABŞ-ın Avrasiya Fondunun Cənubi Qafqazda yerli varis institutu olan Avrasiya Əməkdaşlıq Fondunun təqdimat mərasimi olub. Mərasimdə Avrasiya Fondunun prezidenti Horton Bibi-Senter, Avrasiya Əməkdaşlıq Fondunun prezidenti Corc Zarubin, fondun Azərbaycan nümayəndəliyinin direktoru Camal Şahverdiyev və Avrasiya Əməkdaşlıq Fondunun Məşvərət Şurasının üzvləri iştirak edib. Məşvərət Şurasının üzvü Marqaret Riçardson bildirib ki, yeni fondun təsisi regionda uzunmüddətli strategiyanın başlanğıcıdır. Onun sözlərinə görə, fond əsasən Cənubi Qafqaz və Türkiyədə layihələr həyata keçirəcək. "Azərbaycanda qeydiyyata alınmış yeni fond qərarların yerli səviyyədə qəbulunu fəaliyyətində əsas kimi götürəcək". Avrasiya Fondunun prezidenti Horton Bibi-Senterin sözlərinə görə, yeni fond vətəndaş cəmiyyətləri, tədqiqat işləri və davamlı cəmiyyət sektoru ilə işləyəcək. "Avrasiya Əməkdaşlıq Fondunun 2008-ci il region büdcəsi təxminən 5,5 milyon dollar təşkil edəcək. Fond ABŞ Beynəlxalq İnkişaf Agentliyi, digər dövlət və fərdi donorlar tərəfindən maliyyələşdirilir. Qurum həm qrant təşkilatçısı, həm də proqram icraçısı funksiyasını yerinə yetirəcək. Altı proqram mandatı və yanaşma metodu - vətəndaş iştirakı və monitorinq, korporotiv və icma xeyriyyəçiliyi, tədqiqat və ictimai siyasətin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, ölkələrarası əməkdaşlıq və açıq qapı qrant təşkilatçılığı fondun fəaliyyətini istiqamətləndiricək". Avrasiya Əməkdaşlıq Fondunun prezidenti Corc Zarubinin sözlərinə görə, yeni fond həmçinin ABŞ və Avropa tərəfdaşları arasında əməkdaşlığın əsasını qoyacaq. "ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyindən başqa, İsveç Beynəlxalq İnkişaf Agentliyi üç il ərzində maliyyə ayırmağı planlaşdırır. Bir çox Avropa, Şimali Amerika donorları və korporotiv donorlar da yeni qurumu dəstəkləyir".
XS
SM
MD
LG