Accessibility links

Azərbaycan işğal altında olan mədəniyyət abidələrinin siyahısını Avropa Şurasına təqdim edib


Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs departamentinin direktoru Robert Palmerin başçılıq etdiyi texniki komissiyaya Azərbaycanın işğal altında olan ərazilərində və Ermənistan ərazisində qalmış mədəniyyət abidələrinin siyahısı təqdim edilib.

Texniki komissiyanın Azərbaycan Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə işğal altındakı rayonlarda və Ermənistanda qalmış mədəniyyət abidələri və onların mövcud durumu ilə bağlı məlumat verilib.
Xarici İşlər Nazirliyinin əməkdaşı Kəmalə İmranova bildirib ki, işğal altında olan ərazidə 1890 mədəniyyət abidəsi qalıb. Onun sözlərinə görə, bu abidələein əksəriyyəti məhv edilib . Xanım İmranova Ermənistanda da azərbaycanlıların çoxsaylı mədəniyyət abidələrinin qaldığını bildirib.

Robert Palmer isə Avropa Şurası katibliyinin Azərbaycan və Ermənistanın mədəniyyət abidələrinə baş çəkilməsi ilə bağlı niyyətini alqışladığını deyib. "Biz istəyirik ki, hər iki tərəfin müraciəti dəqiq araşdırılsın. Texniki missiya Ermənistana da səfər edəcək. Hər iki tərəfin siyahısı AŞ-da müzakirə edildikdən sonra faktaraşdırıcı missiya regiona gələcək. Ancaq bundan öncə maliyyə və təhlükəsizlik məsələləri diqqətdə olacaq".
Cənab Palmer AŞ-ın bütün hallarda mədəniyyət abidələrinin dağıdılmasından narahat olduğunu bildirib. "Münaqişələrin mədəniyyət abidələrinin ixracına sirayət etməsindən təəssüflənirik" - deyə o qeyd edib.

XS
SM
MD
LG