Accessibility links

İranın yeni hökuməti mühafizəkarlardan ibarətdir


Yaxın Şərq məsələləri üzrə ekspert Sədrəddin Soltan İranın yeni hökumətinin əvvəlki hökumətdən fərqlənməyəcəyini düşünür. Onun sözlərinə görə, yeni hökumət mühafizəkarlardan təşkil edilib və rəhbərə sadiqlərdən ibarətdir.
Ekspert deyir ki, hökumətdə beynəlxalq axtarışda olan şəxsin müdafiə naziri nominasiya edilməsi təəccüb və təəssüf doğurur. “Ən təəccüblüsü isə Müdafiə nazirinin parlamentdə ən çox səs toplamasıdır”.
Cənab Soltanın fikrincə, yeni hökumət bir qədər qərblə, xüsusilə Amerika ilə münasibətləri normallaşdırmağa yaxın görünür.
O, yeni hökumətin Azərbaycana münasibətdə də siyasətinin dəyişməyəcəyinə əmindir. Yeni hökumət iqtisadi əlaqələrin inkişafına və dinc qonşuluq siyasətinə əsaslanacaq. ”Amma, İran Azərbaycan-İsrail, Azərbaycan-Amerika və Azərbaycan - NATO münasibətlərinin inkişafını təhdid edir”, - deyə ekspert vurğulayıb.

XS
SM
MD
LG