«Azadlıq» blokuna daxil olan Xalq Cəbhəsi, Müsavat və Demokrat partiyalarının tərəfdarları Bakının mərkəzində 28 may meydanı ətrafında mitinq keçirməyə cəhd edib. Polis cəhdin qarşısını alıb. Qarşıdurma nəticəsində onlarla adam saxlanıb, xəsarət alanlar var.
Aksiya yarımçıq dayandırılmasa idi, nəticələr daha ağır ola bilərdi. Belə ki, etirazın başlanmasından yarım saat sonra müxalifət rəhbərləri aksiyanı dayandıraraq iqtidar nümayəndələri ilə danışıqlara başlayıb. Danışıqlarda Prezidentin İcra Aparıtının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov, iqtidarda olan YAP sədrinin müavini Əli Əhmədov, «Azadlıq» blokundan vahid seçki qərargahının rəhbərəi Pənah Hüseyn, AXCP sədrinin müavini Fuad Mustafayev, Müsavat başaqının müavini Arfi Hacılı və ADP təmsilçisi Həsrət Rüstəmov iştirak edib. İqtidar tərəfi jurnalistlərə danışıqların nəticələri ilə bağlı açıqlama verməsə də «Azadlıq» blokunun təmsilçiləri danışıqların mövzusun açıqlayıb. AXCP sədri Əli Kərimli bildirib ki, danışıqlar ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişiin təşəbbüsü ilə keçirilib. Onun sözlərinə görə, ABŞ səfiri zor faktorunun qarşıdan gələn seçkilərin demokratikliyinə xələl gətirə biləcəyini bildirib .
Cənab Kərimli iqtidarla danışıqların «Azadlıq» blokunun təklif etdiyi marşurutlar, yəni şəhərin mərkəzi meyldanlarında aksiya keirmək təklfiinin ətrafında aparıldığını deyib. Onun sözlərinə görə, danışıqlar sabah davam etdirilcək və sabah razılıq əldə edilməsə Azadlıq bloku gələn həftədən başlayaraq hər həftə Bakının mərkəzində etiraz aksiyaları keçirmək qərarındadır.
Bakı şəhər Baş Polis idarəsinin rəis müavini Yaşar Əliyev bildirib ki, Azadlıq blokunun tərəfdarları üç istiqamətdən şəhərin mərkəzində aksiyüa keçirmək üçün cəhd edib və bütün cəhdlərin qarşısı alınıb. Onun sözlərinə görə, saxlananlar var.
AXCP sədri Əli Kərimli isə onlarla xəsarət alanın, yüzdən çox saxlananın olduğunu bildirib. Onun sözlərinə görə, xəsarət alanlar arasında blokun rəhbərliyinə daxil olan doqquz nəfər də var.
Müsavat başqanı İsa Qəmbərə qarşı da zorakılıq edilib.
Onun xidməti maşını dağıdılıb, mühafizəçiləri ciddi xəsarət alıb. Cənab Qəmbərin Amerikanın səsi radliosuna dediyinə görə, hətta ounun maşınını qəzaya uğratmağa cəhd də edilib.
Müsavat başqanı baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də bildirib.
AXCP sədrinin müavini Həsən Kərimov da ciddi xəsarət alanlar arasındadır.