Accessibility links

Azadlıq qəzetinin müxbiri fiziki təzyiqə məruz qalıb


Dünən «Azadlıq» qəzetinin müxbiri Fikrət Hüseynli naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər öncə jurnalistin baş nahiyyəsindən küt alətlə vurub və o huşunu itirdikdən iki saat sonra şəhərin digər istiqamətində boğazını kəsməyə cəhd ediblər. Gənab Hüseynli hazırda yataq rejismində müalicə olunur. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov bildirib ki, Fikrət Hüseynli əsasən korrupsiya, rüşvət və oliqarxlardan yazan jurnalistlərdəndir. O Fikrət Hüseynlinin yazılarına görə, fiziki təzyiqə məruz qaldığını deyir. Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistə qarşı zorakılığın araşdırılamsı üçün Baş Prokurora və Daxili İşlər naziriniə müracəit edib. Səbael rayon polis idarəsinin rəisi Xanlar Zeynalov Amerikanın səsi radiosuna bildirib ki, faktla bağlı hazırda araşdırma aparılır. Onun sözlərinə görə, jurnalist xəstəxanada yıxılaraq xəsarət aldığını bildirib.
XS
SM
MD
LG