Accessibility links

Azərbaycan 2016-cı il olimpiya oyunlarının Bakıda keçirilməsini istəyir  


«Ölkə əhalisinin 66 faizini uşaq və gənclər təşkil edir. Azərbaycanda uşaq və gənclərlə bağlı davamlı dövlət siyasəti fəaliyyətdədir. Gənclər və idman siyasətini həyata keçirmək üçün çoxsaylı qanunlar qəbul edilib». Bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirldiyi mətbuat konfransında bildirib. Nazirin sözlərinqə görə, gənclərin ən mühüm problemlərindən biri mənzil məsələsidir, 60.000 gənc ailənin mənzilə ehtiyacı var. Nazir hökumətin gənclərin mənzil problemini həll etmək üçün dünyada anaoloqu olmayan güzəştli ipoteka kreditləri ayırdığını bildirib. Cənab Rəhimov Bakının Hövsan qəsəbəsində Gənclər şəhərciyinin tikiləcəyini deyib. Onun sözlərinə görə, şəhərciyin tikintisi üçün 3 hektar torpaq sahəsi təklif edilib. Ancaq təklif edilən qiymətlərlə hələ tikintini aparacaq şirkəti müəyyən etmək mümkün deyil. O eyni zamanda gənclərin problemləri ilə bağlı nazirliyin monitorinq apardığını bildirib. Nazirin sözlərinə görə, İntelektual sahədə çalışan gənclərin əmək haqları çox aşağıdır. Cənab Rəhimov Azərbaycanın 2016-cı il olimpiya oyunlarının bu ölkədə keçirilməsi üçün ərizə verdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan sənədlərin hazırlanması məqsədilə konsaltinq şirkəti də dəvət edib.
XS
SM
MD
LG